ABŞ müdafiə naziri: “İran husilərə göstərdiyi dəstəyin əvəzini ödəyəcək”

Dünən ABŞ-nin müdafiə naziri Pit Heqset “X” hesabında paylaşım edərək, İrana “Ənsarullah” (husilər) qruplaşmasına verdiyi dəstəyə görə xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, sosial media hesabındakı paylaşımında yazıb: “İrana mesaj: Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun imkanlarının nə olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Bunun əvəzini müəyyən etdiyimiz vaxt və yerdə ödəyəcəksiniz”.
13:45 01.05.2025
Oxunuş sayı: 470