Şmıqal: Ukrayna və ABŞ arasında saziş layihəsi 10 illik investisiyaları nəzərdə tutur

Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Kiyev və Vaşinqton arasında yeraltı sərvətlərə dair gələcək saziş layihəsi Ukraynanın inkişafına 10 il ərzində investisiya qoyuluşunu nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Şmıqalın sözlərinə görə, Ukrayna iqtisadiyyatının inkişafına sərmayə qoyacaq investisiya fondunun yaradılması ABŞ ilə razılaşmanın bir hissəsi ola bilər.
“Bunlar həm müəssisələrə, faydalı qazıntıların hasilatının inkişafına kapital qoyuluşları, həm də qaydalara uyğun olaraq Ukrayna istehsalı olan bəzi məhsulların alınması ilə bağlı müqavilələr ola bilər: ödə və götür, ya da sadəcə ödə, istəsən, götür, istəməsən, götürmə”, - o izah edib.
Baş nazir ayrıca vurğulayıb ki, sənəd həmçinin ABŞ və Ukraynanı qarşılıqlı vergi və rüsumlardan azad edir. Onun sözlərinə görə, Kiyev saziş bağlandıqdan sonra resurslara nəzarəti özündə saxlayacaq.
Xatırladaq ki, daha əvvəl Baş nazirin birinci müavini Yuliya Sviridenko yaxın sutka ərzində Vaşinqtonla yerin təki ilə bağlı sazişinin imzalanacağını açıqlamışdı.
23:27 30.04.2025
Oxunuş sayı: 687