KİV: Rusiya ABŞ-lə Zaporojye AES-i müzakirəyə hazırdır

Rusiya Ukraynada sülhün bərqərar olunması çərçivəsində ABŞ-nin Zaporojye Atom Elektrik Stansiyasında (AES) iştirakı məsələsini müzakirə etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov açıqlama verib.
"Əgər ölkə rəhbərliyi tərəfindən siyasi qərar qəbul olunarsa, biz bu məsələni Amerika tərəfi ilə müzakirə etməyə hazırıq", – Lixaçov bildirib.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Rusiya tərəfindən ələ keçirilmiş Zaporojye AES-in ABŞ-nin nəzarətinə verilməsi sabiq prezident Donald Trampın "sülh planı"nın əsas bəndlərindən biridir.
Qeyd edək ki, Ukrayna isə stansiyanın öz nəzarətinə qaytarılmasında israrlıdır.
Fatimə Məmmədova
20:20 30.04.2025
Oxunuş sayı: 930