KXDR yeni “Çxve Xyon” esminesindən ilk silah sınaqlarını həyata keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni inşa edilmiş “Çxve Xyon” esminesindən ilk dəfə olaraq silah sınaqları keçirib.
Crossmedia.az bildirir ki,sınaqlar çərçivəsində qanadlı raketlərin, zenit raketlərinin buraxılışı və artilleriya atışları həyata keçirilib. Təlimləri ölkə lideri Kim Çen In və yüksək rütbəli rəsmilər şəxsən izləyiblər.
Bu addım həmçinin KXDR-in hərbi gücünü nümayiş etdirməyə və regiondakı təsirini artırmağa yönəldilmiş yeni strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Fidan Xəlilova
16:30 30.04.2025
Oxunuş sayı: 809