ABŞ İran və Çin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi, İranın ballistik raket proqramı üçün yanacaq komponentlərinin tədarükündə iştirak etdiklərinə görə İran və Çində altı fiziki və altı hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar, xüsusilə SEPAH-ın maraqları naminə fəaliyyət göstərən İranın “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə və bu şirkətlə əlaqəli şəxslərə yönəlib.
Çində yerləşən və STB-yə natrium perxlorat və digər kimyəvi maddələr tədarük edən bir neçə şirkət də sanksiyalara məruz qalıb.
Qeyd edək ki, Qərb mediası ilin əvvəlində Çindən İrana min ton natrium perxloratın iki gəmi ilə göndərildiyini bildirmişdi.
01:37 30.04.2025
Oxunuş sayı: 586