Quterreş Hindistan və Pakistan rəsmiləri ilə telefon danışığı aparıb

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında artan gərginlik fonunda hər iki ölkənin yüksək vəzifəli rəsmiləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Quterreş Pakistanın Baş naziri Şahbaz Şərif və Hindistanın Xarici işlər naziri Subrahmanyam Caişankarla Cammu və Kəşmirdə baş vermiş son terror aktını müzakirə edib.
Quterreş hadisəni qətiyyətlə pisləyib və hücuma görə məsuliyyət daşıyan şəxslərin ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb: “Bu cür hərəkətlərə görə məsuliyyət daşıyanların qanuni yollarla cəzalandırılması böyük əhəmiyyət daşıyır. Faciəvi nəticələrə səbəb ola biləcək münaqişələrin qarşısının alınması həyati önəm kəsb edir”, – deyə o, bildirib.
BMT-nin baş katibi bölgədə gərginliyin azaldılması istiqamətində atılacaq bütün təşəbbüslərə Təşkilatın xoşməramlı dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, aprelin 26-da Cammu və Kəşmirin Hindistana məxsus ərazisində törədilən terror aktı nəticəsində 26 nəfər həyatını itirib.
Hazırda bölgədə sabitliyin bərpa olunması üçün diplomatik səylər davam etdirilir.
Aybəniz Səfərova
23:14 29.04.2025
Oxunuş sayı: 740