Restoranda dəhşətli yanğın: Ölənlər var

Çində Liaoyang şəhərində restoranda baş verən yanğın fəlakətə səbəb olub.
Crossmedia.az Çin mətbuatına istinadən xəbər verir ki, alovun sürətlə yayılması nəticəsində 22 nəfər həyatını itirib,3 nəfər isə yaralanıb.
Çin prezidenti Si Cinpin yanğının səbəbini tez bir zamanda müəyyənləşdirmək, yaralılara ən qısa zamanda tibbi yardım göstərmək və günahkarların cəzalandırılması barədə göstəriş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
22:57 29.04.2025
Oxunuş sayı: 806