İran XİN başçısı: Danışıqların növbəti raundunda Beynəlxalq Atom Enerjisi Təşkilatının eksperti də iştirak edəcək

İranın xarici işlər naziri Abbas Əraqçı İran və ABŞ arasında dolayı şəkildə aparılan nüvə danışıqlarının üçüncü raundunun yekunlaşması ilə bağlı açıqlama verib.
Əraqçı bildirib ki, danışıqların üçüncü raundu Omanın paytaxtı Maskatda keçirilib. Onun sözlərinə görə, bu raundda ilk dəfə olaraq iqtisadi ekspertlər də müzakirələrdə iştirak ediblər. Nazir əlavə edib ki, növbəti raundda Beynəlxalq Atom Enerjisi Təşkilatının eksperti də danışıqlara qatılacaq.
Əraqçı, əsas məsələlər üzrə hələ də ciddi fikir ayrılıqlarının mövcud olduğunu vurğulayıb:
“Bu dəfəki danışıqlar əvvəlkilərlə müqayisədə daha ciddi keçdi və tərəflər yavaş-yavaş daha detallı müzakirələrə başladılar. Qarşı tərəflə bir neçə dəfə yazılı fikir mübadiləsi apardıq”, – deyə İranın XİN başçısı qeyd edib.
22:50 26.04.2025
Oxunuş sayı: 1009