İran XİN: Tehran-Vaşinqton danışıqları ciddi atmosferdə davam edir

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" platformasında paylaşım edərək, İran və ABŞ arasında gedən dolayı nüvə danışıqları barədə məlumat verib.
Bəqainin sözlərinə görə, danışıqlar ciddi atmosferdə davam edir. O bildirib ki, tərəflər Omanın vasitəçiliyi ilə iki əsas məsələ ətrafında fikir mübadiləsi aparırlar. Sanksiyaların effektiv şəkildə ləğvi və İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnun qorunması.
22:35 26.04.2025
Oxunuş sayı: 975