Kabusa çevrilən kabuslarımız: Psixoloq qorxulu yuxuların səbəbini açıqladı

Yuxu insan beyninin ən maraqlı və hələ tam açıqlana bilməmiş sahələrindən biridir. Gecə yuxuya dalan bir insan bəzən gözəl və xoş anlarla dolu yuxular görsə də, bəzən də qorxulu kabusların və sayıqlamaların içində özünü tapar. Səhər oyananda adətən nə baş verdiyini bilmirik. Ancaq əmin oluruq ki, bir narahatlıq yaşamışıq.
Psixoloq Nizami Orucov Crossmedia.az -a açıqlamasında bildirib ki, kabus və qorxulu yuxuların adətən konkret səbəbləri olur: "gün ərzində yaşanan stress, qorxu, gərginlik halı aiddir. Yuxu prosesində isə beyin bu hadisələri emal etməyə başladığı üçün yuxular adətən bu mövzulara həsr olunur. Həmçinin yaşanan ağır, travmatik hadisələr, hisslərin basdırılması
qorxuducu, kriminal tərkibli məlumatlarla əhatəli vaxt keçirmək, müəyyən dərman vasitələrinin tətbiqi də gecələr narahat yatmağımıza, yuxuları qarışdırmağımıza səbəb ola bilər".
Müsahibimiz bunun həll yollarından da danışıb: "Bunun bir çox yolu var. Məsələn, günlük stressi azaltmaq üçün meditasiya, idman və ya nəfəs məşqləri tətbiq oluna bilər. Yatmazdan əvvəl ekrandan uzaq durmaq və sakit bir atmosfer yaratmaq vacibdir.
Dərinləşən və tez-tez təkrarlanan kabuslar üçün psixoloqa müraciət etmək tövsiyə olunur".
Bənövşə Zahidli
13:18 17.04.2025
Oxunuş sayı: 1444