"Keyhan": İran-ABŞ danışıqları yenə nəticəsiz qala bilər

İranın ali rəhbəri Əli Xameneyiyə birbaşa tabe olan və radikal mövqeyi ilə tanınan “Keyhan” qəzetinin baş redaktoru Əli Şəriətmədari ABŞ-la son dolayısı danışıqlara skeptik yanaşdığını bildirib.
O, bu barədə qəzetin son sayında dərc olunan “Şənbə günü müzakirəsinin nəticəsi: bizim üçün heç nə!” sərlövhəli məqaləsində yazıb.
Şəriətmədari qeyd edib ki, danışıqların əsas mövzusu İranın nüvə proqramıdır və rəsmi Tehranın ilkin şərti – sanksiyaların tam şəkildə ləğvi – əvvəldən bəllidir. Onun fikrincə, tərəflərin bu məsələdə tamamilə fərqli mövqelərə sahib olması danışıqların nəticəsiz qalacağını indidən proqnozlaşdırmağa əsas verir.
“Əgər şənbə günü ABŞ-la dolayısı danışıqların mövzusu İranın nüvə proqramıdırsa (belədir) və bizim ilkin şərtimiz sanksiyaların ləğvidirsə, bu danışıqların əvvəlki dolayı danışıqlar kimi nəticəsiz olacağını indidən proqnozlaşdırmaq olar”, – deyə Şəriətmədari yazıb.
22:56 12.04.2025
Oxunuş sayı: 1987