İsrail ordusu Rəfah şəhərini tam mühasirəyə alıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərini tam mühasirəyə aldıqlarını açıqlayıb. Bu barədə ordunun rəsmi bəyanatında bildirilib.
Qeyd
olunur ki, İsrail qüvvələri Rəfah ilə Xan Yunis şəhərlərini birləşdirən
strateji Moraq dəhlizinə nəzarəti ələ keçirib. Bununla da şəhərin giriş-çıxış
yolları tam nəzarət altına alınıb.
İsrailin
müdafiə naziri İsrael Katz mövzu ilə bağlı verdiyi açıqlamada bildirib:
“HƏMAS-ı məhv etmək, girovları azad etmək və müharibəni bitirmək üçün bu son
andır. Bu, müharibəni sona çatdırmağın yeganə yoludur. İsrail ordusunun
intensiv fəaliyyəti tezliklə Qəzzanın digər bölgələrinə də yayılacaq. Münaqişə
zonasında olanlar döyüş bölgələrini tərk etməlidirlər”.
Qeyd edək
ki, Rəfah şəhəri Qəzza zolağının Misirlə sərhəddə yerləşən ən cənub nöqtəsidir
və minlərlə mülki şəxsin sığınacaq tapdığı ərazilərdən biridir.
00:39 13.04.2025
Oxunuş sayı: 1392