Amerika İranın neft ixracını dayandıra bilər

Bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib.
ABŞ-nin energetika naziri deyib: "İranın nüvə proqramı ilə bağlı artan təzyiq proqramı çərçivəsinda ölkənin İranı daha da çətin vəziyyətə salmaq və ölkənin neft ixracını dayandırmaq imkanı var.
İrana maksimum təzyiq siyasəti mümkündür. ABŞ prezidenti Donald Tramp ilk prezidentliyi dövründə bunu praktiki olaraq edib. Biz İrandan çıxan gəmilərin qarşısını ala bilərik".
"Biz gəmilərin hara getdiyini bilirik. Biz İranın neft ixracını dayandıra bilərik"- deyə ABŞ-nin energetika naziri Kris Rayt əlavə edib.
07:28 12.04.2025
Oxunuş sayı: 1446