ABŞ Panamaya hərbi gəmilər göndərəcək

Bir neçə ABŞ hərbi gəmisi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Panamaya göndəriləcək.
Bu barədə ABŞ Müdafiə naziri Pit Heqset açıqlama verib: “Çin şirkətləri Panamada mühüm mövqe tutub və bu da casusluq ehtimalını artırır. ABŞ Panama kanalını Çin təsirindən azad edəcək. Çin bu kanalı inşa etməyib və biz Panama kanalının hərbi məqsədlərlə istifadəsinə imkan verməyəcəyik”.
06:11 09.04.2025
Oxunuş sayı: 1852