Qazaxıstan öz hərbi texnikasını yeniləyir: Yeni amfibiya Barys A 8×8

Qazaxıstan yeni hərbi texnikasını – Barys A 8×8 adlı amfibiya (suda da hərəkət edə bilən) zirehli döyüş maşınını təqdim edib. Bu maşın Sinqapurun ST Engineering şirkəti ilə birgə hazırlanıb və Qazaxıstandakı Kazakhstan Paramount Engineering (KPE) şirkəti tərəfindən istehsal olunub.
Ən maraqlı cəhəti isə odur ki, bu texnika əvvəlki sovet və ya Rusiya istehsalı olan maşınlardan fərqlənir. Bu da göstərir ki, Qazaxıstan artıq öz hərbi texnikasını yeni və müasir yanaşmalarla qurmağa başlayıb.
Zəhra Məmmədova
19:10 08.04.2025
Oxunuş sayı: 2198