“Ənsarullah” komandirlərinə mobil telefondan istifadə etməyi qadağan edib

ABŞ-nin Yəməndə İranın dəstəklədiyi “Ənsarullah” (husilər) hərəkatının mövqelərinə qarşı hücumlarının artmasından sonra qruplaşma öz komandirlərinə mobil telefondan istifadəni qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, hələlik husi liderləri bu qərarın səbəbinin nə olduğunu açıqlamayıblar.
Qeyd edək ki, husi liderləri ABŞ-nin Yəmənə hücumlarının davam etməsindən sonra gizləniblər.
Nəzrin Salmanova
10:53 25.03.2025
Oxunuş sayı: 1852