Vaşinqton və Moskva birgə bəyanat yayacaq

Vaşinqton və Moskva dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdən sonra birgə bəyanat yaymağa hazırlaşır. Crossmedia.az xəbər verir ki, bəyanat Moskva vaxtı ilə saat 11:00-da (GMT 08:00), Vaşinqton vaxtı ilə isə saat 04:00-da açıqlanacaq.
Qeyd edək ki , Ər-Riyadda fəaliyyət göstərən ABŞ-nin texniki heyətinin Tramp administrasiyası ilə paylaşdığı hesabatlar nikbin xarakter daşıyır. Bunun görüşün müsbət nəticələr verə biləcəyinə işarə etdiyi bildirilir.
Həmçinin bəyanatın konkret hansı mövzuları əhatə edəcəyi hələlik məlum deyil.
Fidan Xəlilova
10:21 25.03.2025
Oxunuş sayı: 1894