Hakan Fidan Vaşinqtona səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan 25-26 mart tarixlərində Vaşinqtona rəsmi səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu, Tramp administrasiyası dövründə Türkiyədən ABŞ-a ilk yüksək səviyyəli səfər olacaq. Səfər çərçivəsində Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşəcək. Görüşdə əsas müzakirə mövzuları bunlardır:
Strateji əməkdaşlığın gücləndirilməsi;
Ukrayna, Qəzza və Suriya məsələləri;
CAATSA sanksiyalarının ləğvi və Türkiyənin F-35 proqramın yenidən qoşulması;
Müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi.
Türkiyə PKK/YPG, FETÖ və İŞİD terror təşkilatlarına qarşı ABŞ-la daha sıx əməkdaşlıq etməyə çalışır.
Bununla yanaşı, iki ölkə arasındakı ticarət əlaqələrinin genişləndirilməsi əsas hədəflərdən biridir.
Məqsəd, ABŞ-Türkiyə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq və müdafiə sənayesindəki satınalma maneələrini aradan qaldırmaqdır.
10:26 25.03.2025
Oxunuş sayı: 1679