Rusiya Ukraynada kütləvi PUA hücumu həyata keçirəcək

Ukraynaın Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski deyir ki, Rusiya Ukraynada eyni vaxtda təxminən 500 "Geran-2"( Shahed-136) və digər PUA-ların buraxılmasına başlamaq niyyətindədir.
Skibitski bu barədə “RBC-Ukrayna”ya müsahibəsində bildirib.
"Eyni zamanda, ruslar hər gecə Ukraynanın arxa bölgələrinə dəstə-dəstə “şahidlər” və daha az miqdarda raketlər atırlar. Bu hücumların hədəfi kritik infrastrukturumuz, enerjimiz, qaz nəqli sistemimiz, hərbi obyektlərimiz və müdafiə sənayesi müəssisələrimizdir", deyə general-mayor Vadim Skibitski izah edir.
12:42 03.03.2025
Oxunuş sayı: 3911