Prezident: Xəzərin dayazlaşmasının hazırkı tendensiyası davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki, son vaxtlar bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir.
Akvatoriyanın əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşıda Xəzər ekoloji sammitində çıxış edərkən bildirib.
13:47 09.10.2026
Oxunuş sayı: 49