Stokholmda Trampın Qəzza planına etiraz EDİLDİ

İsveçin paytaxtı Stokholmda yüzlərlə insan ABŞ prezidenti Donald Trampın Fələstinlilərin Qəzzadan zorla çıxarılmasına dair təklifinə etiraz edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Odenplan bölgəsində toplaşan etirazçılar “Deportasiyaya yox” və “Məcburi köçə və soyqırıma yox” şüarları ilə küçələrə çıxıblar. Nümayişçilər İsveç Xarici İşlər Nazirliyinə doğru yürüş edərək, İsrailin Qəzzada və İordan çayının qərb sahilindəki fəaliyyətlərini bəşəriyyətə qarşı cinayətlər olaraq qiymətləndirib.
Etirazçılar, həmçinin Fələstin xalqının mübarizəsini dəstəkləyərək, “Fələstin əbədi” və “İki ölkə həlli” şüarları səsləndiriblər.
19:30 01.03.2025
Oxunuş sayı: 4863