Cevdət Yılmaz PKK-nın atəşkəs elan etməsi barədə açıqlama verib

Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz PKK-nın atəşkəs elan etməsi ilə bağlı bəyanatını şərh edib.
Crossmedia.az bu barədə NTV-yə istinadən xəbər verir.
"PKK terror təşkilatının atəşkəs elan etməsi ilə Türkiyənin terrordan azad olması hədəfinə çatmaq yolunda yeni mərhələ başladı", - deyə Cevdət Yılmaz bildirib.
C.Yılmaz həmçinin vurğulayıb ki, bu prosesin nəticələri hökumət tərəfindən diqqətlə izləniləcək.
Zeynəb Yunuszadə
19:04 01.03.2025
Oxunuş sayı: 4062