Rusiyadan sərt reaksiya: "Zelenskini vurmadıqları möcüzədir!"

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vlodimir Zelenski arasında yaşanan gərginlik Rusiyada rezonans doğurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya rəsmiləri görüş zamanı Zelenskinin sərt tənqid olunmasını alqışlayaraq, hadisəni "Oval kabinetdə qəddar məzəmmət" adlandırıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskiyə qarşı sərt mövqe sərgiləyərək, "Tramp və Vens-in onu vurmaması möcüzədir" ifadəsini işlədib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha da irəli gedərək, Zelenskiyə Oval kabinetdə “layiq olduğu kimi yumruq vurulduğunu” bildirib.
O, görüşü "amansız qınaq" kimi qiymətləndirərək, Kiyev rəhbərliyinin “III Dünya Müharibəsini başlatmaq üçün qumar oynadığını” iddia edib.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev hadisəni "tarixi" adlandırıb.
Bu açıqlamalar Tramp və Zelenski arasındakı mübahisənin beynəlxalq arenada geniş müzakirələrə səbəb olacağını göstərir.
18:11 01.03.2025
Oxunuş sayı: 4200