Kanada-ABŞ sərhədlərinə yenidən baxıla bilər

ABŞ prezidenti Donald Trampın ticarət üzrə baş müşaviri Piter Navarro Amerika-Kanada sərhədlərinə yenidən baxılması ilə bağlı çağırış edib.
"Crossmedia.az" xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
“Navarro Tramp administrasiyasına ABŞ və Kanada arasından keçən sərhəddin (hansı ərazilərdən) keçdiyi məsələsinə qayıtmağı tövsiyə edib, bu təhlükəli bir divanəlikdir”,- məlumatda qeyd olunub.
Qeyd edilir ki, Kanada tərəfi Amerika administrasiyasının yeni üzvləri təyin olunana qədər Vaşinqtonla danışıqlar prosesini müvəqqəti olaraq dayandırmaq niyyətindədir.
15:00 27.02.2025
Oxunuş sayı: 3430