Ukrayna kritik durumdadır: Tramp və Putin məsələni təklikdə həll etməyə çalışırlar

Fevralın 23-də Almaniyada keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) blokundan olan namizəd Fridrix Merz qalib gəlməsi Ukrayna üçün mühüm qələbə oldu.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bildirilib ki, F.Merz ölkəsinin Ukraynaya dəstəyini gücləndirəcəyini vəd edib: "Bununla da, indiyə qədər yardım məsələsində tərəddüd göstərdiyinə görə tənqid olunan kansler Olaf Şolts hakimiyyətdən uzaqlaşacaq.
Bu isə Kiyev üçün müsbət bir siqnaldır. Hazırda Ukrayna müharibənin kritik mərhələsindədir. Çünki ABŞ Prezidenti Tramp administrasiyası və rusiyalı həmkarı Vladimir Putin Avropa liderlərinin iştirakı olmadan sülh danışıqları aparır. Avropa liderləri Trampın bu təşəbbüsünə cavab axtararkən Merz Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Ukraynaya dəstəyini bir daha vurğulayıb".
Həmçinin bildirilib ki, Almaniyanın yeni müdafiə naziri Boris Pistoriusun yeni qurulan hökumətdə əsas mövqelərdən birini tutacağı gözlənilir. Bu, onun Kiyevə ciddi dəstəyi ilə əlaqələndirilir.
Nabat Fərzəliyeva
12:52 26.02.2025
Oxunuş sayı: 3125