Avropa liderləri sarsılmaz vəziyyətə düşüb: Britaniya baş naziri hərəkətə keçdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer xarici yardımı azaltmaq və müdafiə xərclərini artırmaq planlarını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, bu addım baş nazirin ABŞ Prezidenti Donald Tramp ilə zirvə görüşündə təqdim edəcəyi bir siyasət xətti olacaq. Lakin London hələ də Vaşinqtonun dəstəyinə ehtiyac duyacaq.
Avropa liderləri, ABŞ-ın BMT-də Rusiyanın tərəfini tutması, Ukrayna prezidenti Volodimir Zelenskini "seçkilərsiz diktator" adlandırması və müharibəyə görə Kiyevi günahlandırması ilə sarsılmış vəziyyətdədirlər. Məhz bu anda Starmer öz addımını atdı – Britaniyanın müdafiəyə, NATO-ya, Avropa və ABŞ müttəfiqlərinə sədaqətini bir daha vurğuladı.
Uzun illər Avropanın təhlükəsizliyinə təminat verən ABŞ artıq digər NATO üzvlərinin müdafiəsini maliyyələşdirmək niyyətində olmadığını açıq şəkildə bildirmişdi. Bu şəraitdə Britaniyanın öz təhlükəsizliyini gücləndirməsi qaçılmaz bir addım idi.
Nabat Fərzəliyeva
12:39 26.02.2025
Oxunuş sayı: 3169