Dəməşqdə milli dialoq konfransı başladı

Suriyada uzun zamandır gözlənilən milli dialoq konfransı öz işinə başlayıb. Yeni hakimiyyət tərəfindən təşkil edilən tədbir ölkənin bərpası üçün “tarixi fürsət” kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, konfransda iştirak etmək üçün Suriyanın müxtəlif bölgələrindən təxminən 600 nəfər Prezident Sarayına dəvət olunub. Tədbirin əsas məqsədi ölkədə stabilliyin bərpası və milli birlik üçün yolların müzakirəsidir.
12:03 26.02.2025
Oxunuş sayı: 3190