Bayraktar TB2 10 000 saat uçuş həyata keçirib

Türkiyənin Baykar aerokosmik şirkəti tərəfindən istehsal edilən Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı (PUA) 10 000 saat uçuş həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkədə məlumat yayıb.
“Qəhrəman jandarm qüvvələrimizi qoruyan Bayraktar TB2 PUA-mız (J11 bort nömrəli) uğurla 10 000 saat uçuş həyata keçirdi. Baş Jandarm Komandanlığına J60 bort nömrəli Bayraktar TB2 pilotsuz uçuş aparatını hədiyyə etdik”, — deyə açıqlamada bildirilib.
Həmçinin Bayraktar TB2 Türkiyənin ən məşhur və effektiv pilotsuz uçuş aparatlarından biridir və müxtəlif hərbi və kəşfiyyat əməliyyatlarında geniş istifadə olunur.
Fidan Xəlilova
19:16 25.02.2025
Oxunuş sayı: 5122