Polşa ABŞ qoşunlarını qəbul etməyə hazırdır

Polşa prezidenti Andjey Duda ölkəsinin Almaniyada yerləşən bütün ABŞ qoşunlarını öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu açıqlama ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Almaniyadakı Amerika hərbi kontingentinin gələcəyi ilə bağlı mümkün dəyişikliklər barədə bəyanatından sonra verilib.
Belə ki, Duda Avropanın ABŞ-dən asılılığını azaltmalı olduğunu bildirən alman siyasətçilərin mövqeyinə münasibət bildirərək, "Almaniya bizə ABŞ ilə münasibətlərini versin. Biz onları, eləcə də Almaniyada yerləşən bütün Amerika qoşunlarını məmnuniyyətlə qəbul edərik. Xoş gəlmisiniz"! – deyə vurğulayıb.
Fatimə Məmmədova
16:59 25.02.2025
Oxunuş sayı: 4430