Paşinyan dövlət rəmzlərini dəyişməyə hazırlaşır

Məlum olur ki, Nikol Paşinyan hakim partiyanın qapalı iclaslarında da öz “ideoloji mesajları”nı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Paşinyan qeyd edib ki, yeni dövr yeni ideologiya tələb edir. O, təkcə konstitusiyaya deyil, himn, bayraq və digər dövlət rəmzlərinə də yenidən baxılmasını düşünür.
“Sual veriblər ki, biz konstitusiyanı İlham Əliyevin tələbi ilə dəyişirik? Paşinyan sülh müqaviləsinin imzalanması ilə Azərbaycanın problemli tələblərinin aradan qalxacağını, hazırda Ermənistanın yeni, real modelini inkişaf etdirdiyini bildirib və hətta bununla “dördüncü respublika”nın əsasını qoyduğuna eyham vurub. Yeri gəlmişkən, o, İctimai Radioya müsahibəsində də buna bənzər bir şey söyləyib: “Bu, ideyalardan biridir”, - deyə nəşr əlavə edib.
Fidan Xəlilova
15:41 25.02.2025
Oxunuş sayı: 2699