Rusiya səfirliyi: Böyük Britaniya Avropada sülh perspektivindən narahatdır

Rusiya Federasiyasının Böyük Britaniyadakı səfirliyi bəyan edib ki, Britaniya hakimiyyəti Avropada sülh və gərginliyin azaldılması perspektivindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Səfirliyin sözlərinə görə, Londonun Ukrayna böhranının həlli üçün səyləri dəstəkləmək imkanı olsa da, rəsmi Böyük Britaniya hər dəfə qarşıdurma və güc yolu ilə təzyiq siyasətini seçir.
Qeyd edək ki, Böyük Britaniya hökuməti Ukraynaya davamlı hərbi və siyasi dəstək verir, eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə davam edir.
Fatimə Məmmədova
15:17 25.02.2025
Oxunuş sayı: 2402