Aİ-nin xarici siyasət rəhbəri: "İran barədə mart ayında danışılacaq”

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Brüssel görüşündən sonra deyib:
“Bugünkü görüşdə mühüm ölkələrin xarici işlər nazirləri iştirak etmədiyi üçün İran məsələsi müzakirə olunmayıb”.
Crossmedia.az bu barədə ISNA-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, İranı müzakirə etmək üçün bizə Avropa üçlüyü (Fransa, İngiltərə və Almaniya) da lazımdır.
“Biz hamımız Aİ-nin İranla bağlı mümkün addımlarını müzakirə etməli və təkliflərimizi hazırlamalıyıq. Aİ xarici işlər nazirləri mart ayında İranla bağlı məsləhətləşmələr aparacaqlar”, - deyə Kallas bildirib.
12:50 25.02.2025
Oxunuş sayı: 2678