Zelenski: “NATO üzvlüyü müqabilində istefa verməyə hazıram”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü qarşılığında istefa verməyə hazır olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski həmçinin Ukraynanın ABŞ-dən gözlənilən 350 milyard dollar əvəzinə 100 milyard dollar yardım aldığını qeyd edib.
O, keçmiş ABŞ Prezidenti Co Baydenin bu vəsaitin qrant olduğu fikri ilə razılaşdığını vurğulayıb:
"Qrant borc deyil. Biz tərəfdaşlarımıza böyük hörmətlə yanaşırıq, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik."
02:51 25.02.2025
Oxunuş sayı: 3249