Zelenski: "Bizə bütün Avropa və Amerikanın gücü lazımdır"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın “hava terrorunu” pisləyib və Ukraynanın müttəfiqlərini birliyə çağırıb.
Crossmedia.az Ukrayna mediasına istinadən Zelenkinin nitqini təqdim edir:
"Rusiya genişmiqyaslı müharibənin 3-cü ilində Ukraynaya qarşı 267 hücum pilotsuz uçan aparatını işə saldı. Bu, İran pilotsuz təyyarələrinin Ukrayna şəhər və kəndlərinə hücum etməyə başlamasından bəri ən böyük hücum idi",- o, qeyd edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı açıqlamada, 138 pilotsuz uçan aparatın vurulduğu, 119-unun isə elektron müharibə səbəbindən radarlardan itdiyi, Rusiyanın da 3 ballistik raket atdığı bildirilib. Ukraynanın beş bölgəsində dağıntılar qeydə alınıb.
Zelenski bildirib ki, Rusiya ötən həftə Ukrayna ərazisinə ümumilikdə 1150-yə yaxın hücum pilotsuz uçan aparatı, 1400-dən çox idarə olunan hava bombası və 35 müxtəlif tipli raket atıb.
Ukraynanın hava hücumundan müdafiə sistemlərini idarə edənlərə təşəkkür edən prezident ölkənin xarici müttəfiqlərini “ədalətli və davamlı sülhə” nail olmaq üçün birləşməyə çağırıb.
"Buna bütün tərəfdaşların birliyi ilə nail olmaq olar. Bizə bütün Avropanın, Amerikanın, davamlı sülhə can atanların gücü lazımdır".
Xatırladaq ki, Kiyev və onun avropalı müttəfiqləri ABŞ prezidenti Donald Trampın Zelenskiyə şifahi hücumlarından, eləcə də ötən həftə Ər-Riyadda Ukraynanın dəvət olunmadığı ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra gərgin vəziyyətə düşüb.
18:30 23.02.2025
Oxunuş sayı: 3726