Liviya Belarusdan MiQ-29 qırıcıları alır

Tobruk hökumətinə bağlı Liviya Milli Ordusu Belarusdan Su-30SM və ya MiQ-29 qırıcıları almağı planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, beş il əvvəl Rusiya marşal Xəlifə Həftərin başçılığı altında olan bu orduya təxminən 24 Su-24 və MiQ-29 təyyarəsi bağışlamışdı.
Alış-verişin nə vaxt və hansı miqdarda olacağı barədə hələlik məlumat yoxdur.
16:55 23.02.2025
Oxunuş sayı: 3321