Netanyahunun bu addımı tənqid EDİLDİ


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS son məhbus mübadiləsində altı israillini azad etsə də, İsrail tərəfi 620 fələstinli məhbusu buraxmaqdan imtina edib.
İsrailin Baş Nazirlik Ofisi fələstinli məhbusların azad edilməsinin təxirə salındığını açıqlayıb və bunu HƏMAS-ın "girovlar üçün alçaldıcı mərasimlər keçirməsi" ilə əsaslandırıb. Netanyahunun bu addımı həm ölkə daxilində, həm də beynəlxalq arenada tənqidlərə səbəb olub.
17:46 23.02.2025
Oxunuş sayı: 3956