Tunel çökdü: 8 işçi dağıntılar altında qaldı

Hindistanın cənubundakı Telanqana ştatında tikilməkdə olan tunelin damı uçub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, çökmə nəticəsində tuneldə qalan ən azı 8 işçinin xilas edilməsi üçün əməliyyat başlanıb.
Səlahiyyətlilər ərazidə dağıntılarla dolu 200 metrlik ərazinin olduğunu və qapalı qalan işçilər üçün xilasetmə işlərinin davam etdiyini bildirib.
16:21 23.02.2025
Oxunuş sayı: 2892