İsrail Hizbullahın hərbi obyektlərinə hücum etdiyini AÇIQLADI

İsrailin Hərbi Hava Qüvvələri fevralın 23-də səhər saatlarında Livanda Hizbullahın hərbi obyektlərinə hava hücumu etdiyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livanın cənubunda Hizbullahın bir neçə obyektini və yaşayış məntəqələrini hədəfə alıb.
Qeyd edək ki, bu gün Beyrutda Hizbullahın keçmiş lideri şəhid Seyid Həsən Nəsrullahın dəfn mərasimi keçirilir. Buna baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir.
16:39 23.02.2025
Oxunuş sayı: 2783