Tramp hədələdi: "Biz pullarımızı geri alacağıq"

ABŞ prezidenti Donald Tramp Ukraynaya edilən maliyyə yardımı ilə bağlı açıqlama verib. O, Avropanın Kiyevə kredit şəklində vəsait ayırdığını, lakin ABŞ-nin pulu "heç nəyə" verdiyini bildirib. Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
"Avropa Ukraynaya pulu kredit şəklində verdi və öz pullarını geri aldı. Biz isə pulu elə-belə verdik. Buna görə də istəyirəm ki, biz də nəsə əldə edək. Biz yatırdığımız pulların əvəzini almalıyıq",- deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ bu itkiləri kompensasiya etmək üçün müəyyən tələb irəli sürəcək:
"Biz nadir metallar, neft və nə əldə edə biliriksə, onu tələb edəcəyik. Biz pullarımızı geri alacağıq, çünki bu, ədalətsizdir. Bu, sadəcə olaraq haqsızlıqdır."
Bildirək ki, Tramp Ukraynadakı müharibənin həlli üçün çalışacağını və insan tələfatının qarşısını almaq üçün səylər göstərəcəyini vəd edib.
Fatimə Məmmədova
13:37 23.02.2025
Oxunuş sayı: 2498