Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
Gəncə şəhərində "Baku Bus"a məxsus sərnişin avtobusu işıq dirəyinə çırpılıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.
5 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı bir necə ağac qırılıb, yol-hərəkət nişanı sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.
14:19 11.11.2026
Oxunuş sayı: 41