"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
"Kəpəz" komandasının milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Crossmedi.az kluba istinadən xəbər verir ki, Premyer Liqanın XI turunda "Neftçi" ilə qarşılaşan "sarı-göylər"in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.
15:35 07.11.2026
Oxunuş sayı: 106