Azərbaycan və Latviya əməkdaşlığı genişləndirəcək
Latviya və Azərbaycan ikitərəfli əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) İkitərəfli siyasət departamentinin direktoru Uldis Mikuts Azərbaycan səfiri Nərminə Mustafayeva ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Dünən Azərbaycan səfiri Nərminə Mustafayeva ilə ölkələrimiz arasında ikitərəfli və daha geniş əməkdaşlığın gücləndirilməsi yollarına dair çox məhsuldar söhbət baş tutdu. Şadam ki, artıq bir çox müsbət təşəbbüslər nəzərdə tutulub", - o yazıb.
11:01 30.10.2026
Oxunuş sayı: 61