İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoydu
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının gəmilərin hərəkəti üçün açılmasının ABŞ-nin Tehranın şərtlərini qəbul etməsindən asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, İraqın “Al-İraqiya News” telekanalı bu barədə məlumat yayıb.
Nazir müsahibəsində bildirib ki, ABŞ tərəfi boğazın açılmasını istəyirsə, İranın irəli sürdüyü şərtləri qəbul etməlidir.
Əraqçinin sözlərinə görə, hazırkı şəraitdə Hörmüz boğazından keçməyə çalışan gəmilər ciddi təhlükəsizlik problemləri ilə üzləşə bilər.
“Bizim mövqeyimiz tamamilə aydındır. Bu su yolundan keçməyə çalışan istənilən gəmi böyük problemlərlə qarşılaşacaq. Razılaşmalar olmadığı halda ciddi təhlükəsizlik problemlərinin yaşandığı ərazidən gəmilərin keçməsinə ABŞ niyə icazə verir?” – deyə nazir bildirib.
İranın xarici işlər naziri ölkəsinin iqtisadi sanksiyalara və hərbi təhdidlərə boyun əyməyəcəyini də vurğulayıb.
Onun sözlərinə görə, mövcud vəziyyətdən çıxışın yeganə məqbul yolu diplomatiya və danışıqlardır.
10:20 21.10.2026
Oxunuş sayı: 139