Sahibkarlara şad xəbər: Ödəniş qəbul etmək asanlaşa bilər
Mobil telefonlar POS-terminal kimi istifadə oluna bilər.
Crossmedia.az xəbər verir ki, Azərbaycanda elektron ticarətlə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, lazımi proqram təminatı olan mobil telefonlar və digər cihazlar da POS-terminal kimi qəbul edilə bilər. Təmassız ödənişlərin hüquqi çərçivəyə daxil edilməsi də nəzərdə tutulur.
Dəyişikliklər elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini və ödəniş qaydalarının müasir texnologiyalara uyğunlaşdırılmasını nəzərdə tutur.
Təklif Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Dəyişikliklər hələ təklif mərhələsindədir.
10:57 21.10.2026
Oxunuş sayı: 152