Ermənistanda yüksək vəzifəli məmur həbs edilib
Ermənistanın paytaxtı İrəvanın Şenqavit rayon administrasiyası rəhbərinin köməkçisi Karen Akopyan həbs edilib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Karen Akopyan bir neçə ay əvvəl Malatiya-Sebastiya rayon administrasiyasının aparat rəhbəri vəzifəsində çalışıb.
Həmin dövrdə o, rayonun təhsil idarəsi üçün satınalmalar üzrə tenderlərin keçirilməsinə nəzarət edib. Bildirilir ki, bu prosesdə müəyyən qanun pozuntularına yol verilib.
Ermənistanın Antikorrupsiya Komitəsindən verilən məlumata görə, rüşvətvermə və rüşvətxalma faktları üzrə aparılan cinayət işi çərçivəsində bir neçə nəfər, o cümlədən Şenqavit rayon administrasiyasının rəhbər köməkçisi saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
10:13 21.10.2026
Oxunuş sayı: 50