Soydaşımız Qazaxıstan Xalq Şurasına üzv seçilib
Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Birlik” Etnomədəni Birliyinin sədri Rəfael Hacıbalayev Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib. Bununla bağlı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev müvafiq sənəd imzalayıb.
Qazaxıstan Xalq Şurası ölkə xalqlarının maraqlarını təmsil edən ali konstitusion orqandır. Şuranın tərkibinə etnomədəni birliklərdən 42, ictimai və digər qeyri-kommersiya təşkilatlarından 42, həmçinin paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin məşvərətçi və ictimai şuralarından 42 nümayəndə olmaqla Qazaxıstan vətəndaşları daxildir. Qurum dövlətin daxili siyasətinin əsas istiqamətləri üzrə təklif və tövsiyələr hazırlayır, parlamentə qanun layihələri təqdim edir, həmçinin ümumxalq referendumunun keçirilməsi təşəbbüsünü irəli sürür.
15:00 23.09.2026
Oxunuş sayı: 47