Rusiyada dron operatorlarının hazırlıq prosesi açıqlanıb
Rusiyanın 51-ci ordusunun "Mərkəz" qoşun qruplaşmasının 78-ci pilotsuz sistemlər alayının hərbçiləri dron operatorlarının hazırlığı və tələb olunan bacarıqlar barədə danışıblar.
Crossmedia.az xəbər verir ki, RT bu barədə məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, dron operatorlarının pilotluq bacarıqlarının yalnız 10 faizi döyüş tapşırığının yerinə yetirilməsinə aiddir. İşin əsas hissəsini uçuşun təhlili və ona hazırlıq təşkil edir.
Bildirilib ki, hazırlıq prosesində operatorlar yalnız uçuş üzrə deyil, həm də ciddi texniki yoxlamadan keçirlər.
Dron operatorlarına mikrokontrollerdən istifadəni öyrənənədək böyük ölçülü yükdaşıyan dronla ilk uçuşa icazə verilmir.
Bundan əvvəl Rusiyanın "Rubikon" mərkəzinin dron operatorlarının prioritet olaraq Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını hədəfə aldığı bildirilib.
"Voennıy informator" Telegram kanalının məlumatına görə, məhv edilən hədəflərin 53,4 faizini Ukraynanın PUA-ları, pilotsuz yerüstü sistemləri, eləcə də müxtəlif rabitə və müşahidə vasitələri təşkil edir.
23:54 06.09.2026
Oxunuş sayı: 54