İran tankerinə ABŞ zərbəsinin ağır nəticəsi
ABŞ-nin zərbə endirdiyi üç İran tankerindən biri Oman körfəzində batıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə məlumat yayıb.
Məlumata görə, “M/T Kylo” neft tankeri ABŞ-nin əvvəlki gün endirdiyi raket zərbəsindən sonra batıb.
CENTCOM tankerin ABŞ hərbçilərinin zərbələri nəticəsində batdığını bildirib. Yayımlanan görüntülərə əsasən, gəminin gövdəsinə ən azı dörd raket dəyib və bundan sonra tankerdə yanğın başlayıb.
Daha sonra gəmi böyrü üstə çevrilərək Oman körfəzində batıb.
09:51 06.09.2026
Oxunuş sayı: 47