Sudanda vəziyyət gərginləşir
Sudanın Cənubi Kordofan əyalətində Sudan Xalq Azadlıq Hərəkatının (Şimal) hücumu nəticəsində azı 21 nəfər, o cümlədən qadın və uşaqlar həlak olub.
Crossmedia.az xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsi bu barədə məlumat yayıb.
Məlumata görə, hücumu Çevik Dəstək Qüvvələri ilə müttəfiq olan Sudan Xalq Azadlıq Hərəkatının (Şimal) həyata keçirdiyi bildirilir.
10:43 05.09.2026
Oxunuş sayı: 47