Ərdoğan: Keçmişini unudanın gələcəyi ola bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tophane-i Amire Mədəniyyət və İncəsənət Mərkəzində Kitaba vəfa: Cild sənəti və restavrasiya sərgisi proqramında çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan çıxışında keçmişlə əlaqənin qorunmasının vacibliyini vurğulayıb.
“Keçmişinə biganə olanın, keçmişi ilə əlaqəsini qoparanın, xüsusilə keçmişini inkar edənin qura biləcəyi bir gələcək əsla yoxdur”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri bir dövrdə xalqın kökləri ilə bağını kəsmək istəyənlərin kitabları və kitabxanaları hədəfə almasının təsadüfi olmadığını qeyd edib.
Ərdoğan, həmçinin ən utancverici kitab qırğınlarının milli iradənin və demokratiyanın dayandırıldığı çevriliş dövrlərində baş verdiyini deyib.
19:10 04.09.2026
Oxunuş sayı: 52